Burada sizin reklamınız ola bilər

DƏHŞƏT! Taksi sürücüsü sərnişinə meşədə təcavüz etdi
09 Avqust 2019 , 14:14

DƏHŞƏT! Taksi sürücüsü sərnişinə meşədə təcavüz etdi


Türkiyədə dəhşətli hadisə baş verib.

 

Primetime.az xəbər verir ki, Kocaelinin İzmit bölgəsində taksi sürücüsü avtomobildə olan qadın sərnişini meşəlik əraziyə apararaq təcavüz edib. Baş verənlərdən sonra heç nə olmamış kimi yoluna davam edən sürücü qadının polisə şikayət etməsindən sonra polis tərəfindən saxlanılıb.

 

Məsələ ilə bağlı danışan qadın “avtomobilə minəndə hər şey qaydasında idi. Lakin daha sonra tanımadığım yerlərə getməyə başladı. “Hara gedirsiniz?” deyə soruşduqda isə bu istiqamətin daha qısa yol olduğunu dedi. Daha sonra meşəlik əraziyə gedərək mənə təcavüz etdi” – deyə qeyd edib.

 

Sözügedən şəxs məhkəməyə çıxarıldıqdan sonra cəzaçəkmə müəssisəsinə göndərilib.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR