Burada sizin reklamınız ola bilər

Niyamı silən Kərim Rəhimin adını eşitmək istəmədi
18 May 2020 , 15:30

Niyamı silən Kərim Rəhimin adını eşitmək istəmədi


"Niyamla aramız dəyməyib. Amma ondan uzaqlaşmışam".

 

Primetime.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "Ay Zaur" verilişində qonaq olarkən söyləyib. Sənətçi həmkarı, yaxın dostluq etdiyi Niyam Salamidən uzaqlaşdığını bildirib:

 

“Arada insanlardan qaçmağa üstünlük verirəm. Oktyabrın 31-də konsert oldu, noyabrın 1-də ondan uzaqlaşdım. Məni ondan qaçıran təkəbbürlülüyü oldu. “Mənəm-mənəm” deməsi yordu məni. Verilişlərə baxsanız, görərsiniz ki, neçə dəfə “mən-mən” deyir. Bu kəlmələr məni bezdirdi. Dostlarımı sevirəm, Niyamı çox istəyirəm”.

 

Verilişin aparıcısı Zaur Kamalın K.Abbasova ünvanladığı “Rəhim Rəhimli ilə aranızda nə baş verib?” sualına sənətçi sərt reaksiya verib:

 

“Onun adını çəkməyin. İnsan maqazin verilişlərinin birində çıxıb, efirdə sənə ağzına gələni deyir. “Kərim efirə çıxa bilər və ağzının danışığını bilməyə bilər” söyləyir. Yeganə insan olub ki, var olduğu kimi, yox olub mənim üçün. Bir-birimizin evinə gedib-gəlmişik. Ona qalmaqal lazım idi, bilirdi ki, Kərimə söz atsa, sərt cavab verəcək. Ünvanıma söz atdı və çəkilib kənarda gizləndi. Məni çox əsəbiləşdirdi. İki ildən artıqdır ki, Rəhimlə danışmıram”.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR