Burada sizin reklamınız ola bilər

Məşhur model üsyan etdi:
18 May 2020 , 20:33

Məşhur model üsyan etdi: "Ana ola bilmirəm" - VİDEO


Məşhur model və İnstaqram fenomeni Larisa Qeysmerin son paylaşımı marağa səbəb olub. 


Primetime.az xəbər verir ki, keçmiş basketbolçu Burak Qeysmerlə evli olan 32 yaşlı model son dövrlərdə onun ünvanına səsləndirilən "Niyə uşağın yoxdur?" sualına cavab verib. Bu sualın onu çox incitdiyini bildirən Larisa belə suallar verməyin düzgün olmadığını bildirib:

 

"Mənim genetik bir problemim var. Bu problemə görə mən ana ola bilmirəm. Buna baxmayaraq uzun illər əvvəl Burak ilə sınadıq. Lakin olmadı. Allah məni belə yaradıb. Burak da məni belə qəbul edir. Mən də bu vəziyyətlə artıq barışmışam. Belə suallar verərək sadəcə məni deyil çox adamı narahat edirsiniz. Biz Burakla birlikdə gəzəcəyik, səyahətlər edəcəyik. Bu bizim həyatımızdır. Siz isə nə yaşadığımızı bilmirsiniz". 


Qeyd edək ki, Larisa və Burak cütlüyü 2011-ci ildə ailə qurub. 

 


Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR