Burada sizin reklamınız ola bilər

Cennifer Lopez beyzbolçu sevgilisi ilə
19 May 2020 , 11:20

Cennifer Lopez beyzbolçu sevgilisi ilə - FOTOLAR


Dünya şöhrətli müğənni Cennifer Lopez sosial şəbəkə hesabında beyzbolçu sevgilisi Aleks Rodriqeslə birgə çəkilmiş yeni fotolarını paylaşıb.

 

Primetime.az xəbər verir ki, 50 yaşlı sənətçi ağ-qara şəkillərə bunları yazıb:

 

“Məqalə başlıqları çox dramatik səsləndikdə, sevdiklərinizi və yaxınlarınızı daha bərk qucaqlamağı unutmamanız vacibdir. Və tez-tez onlara sevginiz haqda xatırlatmaq”.

 

Rodriqes isə sözügedən paylaşıma bu sözləri qeyd edib:

 

“Daim evdə olmağınızın ən böyük faydası – ailənizlə qalmaq imkanıdır. Bəzən öz həyatımızla o qədər məşğul oluruq ki, bu ailə vaxtının bizim hamımız üçün nə qədər vacib olduğunu asanlıqla unuduruq. Onun sizdən yan keçməsinə imkan verməyin. Yaxınlarınızı hər gün qucaqlayın, birlikdə rahatlayın, gülün və gülümsəyin”.

 

Qeyd edək ki, ötən ilin martında nişanlanan cütlüyün yayın sonuna planlaşdırdıqları toyu koronavirus səbəbindən təxirə düşüb.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR