Burada sizin reklamınız ola bilər

Brilliant Dadaşova özündən çıxdı:
19 May 2020 , 23:29

Brilliant Dadaşova özündən çıxdı: "Mən əlimi göyə Allaha qaldırdım ki..."


Xalq artisti Brilliant Dadaşova bir din xadimi ilə adının hallanmasına münasibət bildirib. 

 

Primetime.az xəbər verir ki, sənətçi bu kimi dedi-qodu yayanları sərt dillə tənqid edib:

 

"Bir din adamı var. Onunla mənim adımı illərdir yan-yana çəkirlər. Qabaqları dedi-qodu kimi deyirdilər, indi hansısa əclaf gedib oturub xarici ölkədə açıq-aydın danışır. Mən əlimi göyə Allaha qaldırdım ki, Ay Allah, sənə qurban olum. Mən öz səhvlərimi o qədər tuturam. Deyirəm, yəqin ki, mən özümdə nəyisə düz eləmədim, düz anlaşılmadı. Bir adamı tanıyarsan, deyərsən ki, "Mən tanıyıram. Düz hərəkət etməmişəm". Amma mən tanımadığım, həyatımda Allah şahiddir ki, kəlmə kəsmədiyim nə o din adamı, nə də ondan sonra o hacı Məmməddir".

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR