Burada sizin reklamınız ola bilər

Səməd Səmədov canlı yayıma velosipedlə gəldi
20 May 2020 , 11:04

Səməd Səmədov canlı yayıma velosipedlə gəldi - VİDEO


Xalq artisti Səməd Səmədov Xəzər telekanalında yayımlanan "5/5" verilişində qonaq olub.

 

Primetime.az xəbər verir ki, sənətçi Fatmayı kəndində yerləşən bağından televiziyanın həyətinə velosiped sürərək daxil olub. Canlı efirə qatılan Səmədov üzünü şounun aparıcısı Zaur Kamala tutaraq, onunla mərc etdiyini bildirib: 

 

“Fatmayıdən gəlirəm. Zaur, 100 manatımı ver. Mənimlə mərcə girmişdin ki, bağdan velosipedlə gələ bilərsən, ya yox? Şahidlər də var, uduzmusan”.  

 

Z.Kamal məsələni “Pul söhbəti olmasın. Qonaqlıq verərəm” deyərək, həll etməyə çalışıb.  

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR