Burada sizin reklamınız ola bilər

64 yaşlı kişini maşın vurub öldürdü
21 May 2020 , 09:42

64 yaşlı kişini maşın vurub öldürdü


Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Primetime.az xəbər verir ki, hadisə Binəqədi rayonu, S.Axundov küçəsində qeydə alınıb. Belə ki, Yevlax rayon sakini Rəşad Şıxıyev idarə etdiyi "BMW" markalı avtomobillə 1956-cı il təvəllüd Rahid Məmmədovu vurub. Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydaların pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR