Burada sizin reklamınız ola bilər

Bakıda gənc qız intihara cəhd etdi
21 May 2020 , 13:52

Bakıda gənc qız intihara cəhd etdi - VİDEO


Bakıda bir nəfər intihara cəhd edib.

 

Primetime.az-ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

 

Belə ki, 20-30 yaşlarında qadın körpünün üzərinə çıxaraq intihara cəhd edib. Hadisə yerinə  Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvfiq xilasetmə qüvvələri cəlb olunub, qadın xilas edilib.

 

Həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Nərimanov rayonu, Həsən Əliyev küçəsində qeydə alınan intihara cəhdlə bağlı məlumat yayıb.

 

Komitədən saytımıza bildirilib ki, kütləvi informasiya vasitələrində körpünün üzərindən özünü ataraq intihar etmək istəyən qızla bağlı məlumat və video material yayılıb:

 

"Məsələ ilə əlaqədar bildirmək istəyirik ki, hadisə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir və səlahiyyət daxilində məsələnin araşdırılması istiqamətində iş aparılır".

 

Görüntünü təqdim edirik:

 

 


Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR