Burada sizin reklamınız ola bilər

Azərbaycan qızıl və gümüş istehsalını artırıb - CƏDVƏL
21 May 2020 , 15:49

Azərbaycan qızıl və gümüş istehsalını artırıb - CƏDVƏL


Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 1 187,4 kq qızıl hasil edilib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 10,6% çoxdur.

 

Primetime.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkədə 1 423,8 kq gümüş istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 41,4% artıb.

 

Qeyd edək ki, hazırda Azərbaycanda qızıl "AzerGold" QSC və Böyük Britaniyanın "Anglo-Asian Mining" şirkəti tərəfindən hasil olunur.

 

"Anglo-Asian Mining" Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, Britaniya şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

 

 

Məhsul növləri

2020-ci ilin yanvar-aprel aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %

Mis filizləri və konsentratları, ton

740,6

113,1

Qiymətli metal filizləri və konsentratları, kq

2 611,2

125,5

o cümlədən:

qızıl

1 187,4

110,6

gümüş

1 423,8

141,4

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR