Burada sizin reklamınız ola bilər

Bakıda 44 yaşlı piyadanı avtomobil vurdu
21 May 2020 , 22:29

Bakıda 44 yaşlı piyadanı avtomobil vurdu


Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Primetime.az Report-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb.

 

Belə ki, 1976-cı il təvəllüdlü Əzimov İlham Şahgül oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. 

 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

 

Ona qapalı kəllə-beyin travması və kürək sümüyünün sınığı diaqnozu qoyulub.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR