Burada sizin reklamınız ola bilər

Xəyyam Nisanovdan Ranar Musayevə
21 May 2020 , 23:19

Xəyyam Nisanovdan Ranar Musayevə CAVAB - VİDEO


Müğənni Xəyyam Nisanov  AzTV-nin bədii rəhbəri, teleaparıcı Ranar Musayevin "Söhbətsiz" verilişində onun və Zamiqin ünvanına dediyi sözlərə cavab verib. 

 

Primetime.az xəbər verir ki, o bildirib ki, Ranar böyük bir səhv edib:

 

"O videonu izlədim, Ranar ora deyir ki, kimsə ona çatdırıb. Birincisi onu demək istəyirəm ki, Ranar deyib, böyük bir səhv edib. Çünki sübutsuz bir söhbətdir. Kim ona çatdırıbsa, səhv məlumat verib. Bilmədiyi şeyləri danışmasın. Çünki Zamiq mənim dostumdur. Ona böyük hörmətim var və bilirəm ki, bu hörmət qarşılıqlıdır. Belə xırda söhbətə görə nə mən, nə də Zamiq söhbət etməyəcəyik. Heç nə aramızı vura bilməz! Ən azından ayıbdır. Bizə yaraşmaz. Ranar öz işçiləri ilə bir az da yaxın olsa, dəqiqləşdirsə, biləcək ki, bu səhvdir. Kim çatdırıbsa, gəlib mənə yığıb desin. Telefonum açıqdır. Ümumiyyətlə, heç bir tədbirlərdə özüm danışmıram.

 

Onunçün mənim prodüserlərim, köməkçilərim, səs rejissorum var. Mən Zamiqlə onunla bir süfrədə otururam. O mənim dostumdur! Sonra Ranar onu da deyib ki, gedib toylarını oxusunlar filan. Biz toylarımızı gözəl oxuyuruq və oxuduğum toylarda hər şey gözəldir, yerindədir. Proqramda heç vaxt dəyişiklik olmur. Mən və Zamiqdə də belədir. Hamı da vaxtında gəlib çıxış edir."


Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR