Burada sizin reklamınız ola bilər

Sumqayıtda intiharın qarşısı alındı
22 May 2020 , 09:18

Sumqayıtda intiharın qarşısı alındı


Sumqayıt şəhərində intihar etmək istəyən şəxs xilas edilib.

 

Fövqəladə Hallar Nazirliyindən Primetime.az-a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

 

Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

 

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR