Burada sizin reklamınız ola bilər


22 May 2020 , 09:34

"Victoria's Secret" mağazalarını bağlayır


Dünyaca məşhur alt geyimi brendi olan "Victoria's Secret"in növbəti bir neçə ay ərzində Kanada və ABŞ-dakı mağazalarının dörddə biri bağlanacaq.

 

Primetime.az xəbər verir ki, bu barədə şirkətin sahibi olan "L Brands" (LB) açıqlama verib. Belə ki, LB 250 mağazanın bağlanmasının sadəcə bir başlanğıc olduğunu vurğulayaraq növbəti illər ərzində daha çox mağazanın bağlanacağı haqqında xəbərdarlıq edib.

 

Maliyyə işləri müdiri Stüart Burqdorfer açıqlamasında bunun "Victoria's Secret"in güclənməsini hədəfləyən "önəmli qərar olduğunu" deyib. 

 

Qeyd edək ki, "Victoria's Secret"in Şimali Amerikada 1.100 mağazası var.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR