Burada sizin reklamınız ola bilər

Keçmiş sevgilisi Günayın evinə basqın edib?
22 May 2020 , 11:00

Keçmiş sevgilisi Günayın evinə basqın edib?


Türkiyədə yaşayıb, fəaliyyət göstərən model Günay Musayeva və keçmiş sevgilisi, iş adamı Taha Tatlıcını polisə verib.

 

Primetime.az xarici KİV-ə istinadən xəbər verir ki, Günay Tahanın onu döydüyü və təhdid etdiyini söyləyərək şikayət ərizəsi yazıb. Model sevgilisi haqqında 1 aylıq uzaqlaşdırma qərarı çıxartdırıb. Tatlıcı isə 1 ay başa çatan kimi yenidən Günayın evinə yollanıb.

 

Musayeva isə qapını döyən və onu təhdid edən Tahadan xilas olmaq üçün qonşulardan yardım istəyib. Gizlicə evdən çıxan model polisə gedib. O, iş adamına qarşı şikayət ərizəsi yazıb. Polis qərarı ilə taha yenidən Günayın ətrafından uzaqlaşdırılıb. 

 

Qeyd edək ki, bundan əvvəl də Taha Tatlıcının Günay və oğluna şiddət göstərdiyi xəbərləri yayılmışdı. Günay aktyor Tolqa Karellə ailəli olub. Cütlük 2015-ci ildə boşanıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR