Burada sizin reklamınız ola bilər

Bu yolda təmir işləri aparılacaq
09 Sentyabr 2019 , 14:44

Bu yolda təmir işləri aparılacaq


Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə axşam saatlarınadək Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 14-75 km-də qəzalar nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik səddlərinin təmiri, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 75-208 km-də (Bakı şəhəri istiqamətində), həmçinin Nərimanov rayonu Aşıq Molla Cümə küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

 

Bu barədə Primetime.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

 

Bu üzdən sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

Yarana biləcək qısa müddətlik narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR