Burada sizin reklamınız ola bilər

Azərbaycanda dəmir yolu ilə yük və sərinişin daşımaları artıb
22 May 2020 , 10:46

Azərbaycanda dəmir yolu ilə yük və sərinişin daşımaları artıb


Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2020-ci ilin yanvar-aprel ayları ərzində 4,8 mln. ton yük, 1 119,8 min sərnişin daşınıb, 2019-cu ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 3,1%, sərnişin daşınmasında isə 11,9% artım qeydə alınıb.

 

Primetime.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, orta hesabla hesabat dövründə sutkada 317 vaqon yüklənib, 366 vaqon isə boşaldılıb.

 

Məlumata əsasən, bu ilin yanvar-aprel aylarında orta hesabla sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 14,5 min ton, Qərb istiqaməti üzrə 3,1 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR