Burada sizin reklamınız ola bilər

Camal Qaşıqçının ailəsi qatilləri bağışladıqlarını açıqladı
22 May 2020 , 11:51

Camal Qaşıqçının ailəsi qatilləri bağışladıqlarını açıqladı


Səudiyyə Ərəbistanının İstanbul səfirliyində 2 il öncə qətlə yetirilən jurnalist Camal Qaşıqçının ailəsi verdikləri qərarla cinayətkarları bağışladıqlarını açıqlayıb.

 

Primetime.az xəbər verir ki, bu barədə Qaşıqçının oğlu Salah Qaşıqçı "Twitter" hesabında açıqlama verib. Ataları C.Qaşıqçının qatillərini bağışladıqlarını bildirən Salah Allahın rəğbətini qazanmaq üçün belə qərar verdiklərini deyib. Salah açıqlamasında "Bir pisliyin qarşılığı ona uyğun davranışdır. Amma kim bağışlasa, onun mükafatını Allah verir. Heç şübhə yoxdur ki, Allah haqsızlıq edənləri sevməz" - deyə qeyd edib.

 

Xatırladaq ki, evlilik prosedurları üçün 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbul səfirliyinə gedən Camal Qaşıqçıdan bir daha xəbər alınmayıb. Cinayətin üzərində keçən müddətdə Qaşıqçının nə zaman, harada və necə öldürüldüyü ortaya çıxsa da, cəsədin harada olduğu məlum olmadı. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR