Burada sizin reklamınız ola bilər

Braziliyada 1 gecədə 18 min insan koronavirusa yoluxub
22 May 2020 , 12:08

Braziliyada 1 gecədə 18 min insan koronavirusa yoluxub


Braziliyada son 24 saatda 18.508 nəfərdə yeni tip koronavirusa yoluxma faktı aşkarlanıb.

 

Primetime.az xəbər verir ki, bu barədə Səhiyyə nazirliyi məlumat yayıb. Məlumatda Kovid-19 nəticəsində həyatını itirənlərin sayının 20 minə, virusa yoluxanların sayının isə 310.087-ə yüksəldiyi bildirilib. Qeyd edilib ki, 1 gündə virusa bağlı səbəblərlə 1.188 nəfər ölüb. 

 

Ötən həftə içində "küçəyə çıxma qadağaları və iqtisadiyyatın vəziyyəti koronavirusdan daha təhlükəlidir" deyən və əyalətlərə bir xəbərdarlıq göndərərək iqtisadiyyatı yenidən açmağa məcbur edən prezident Bolsonaronun ölkəsi ən çox koronavirusa yoluxma faktı aşkarlanan üçüncü ölkədir. 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR