Burada sizin reklamınız ola bilər


22 May 2020 , 12:32

"Amphan" qasırğası qurbanlarının sayı 84-ə çatıb


Hindistan və Banqladeşin sahil bölgələrində təsirli olan "Amphan" qasırğasının yol açdığı şiddətli yağış və fırtına nəticəsində ölənlərin sayı 84-ə yüksəlib.

 

Primetime.az xəbər verir ki, təbii fəlakət nəticəsində Hindistanda 14 milyon, Banqladeşdə 1 milyon insan işıqsız qalıb. Qasırğa səbəbi ilə indiyədək 3 milyon insan yaşadığı ərazidən təxliyə edilib.

 

Verilən məlumata görə, Benqal körfəzində sürəti saatda 185 km-ə çatan "Amphan" qasırğasında çox sayda evə və əkin bölgəsinə zərər dəyib, ağaclar köklərindən çıxıb. 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR