Burada sizin reklamınız ola bilər

Şagirdlərin nəzərinə: 80-dən az balı olanlar “5” almayacaq
22 May 2020 , 13:47

Şagirdlərin nəzərinə: 80-dən az balı olanlar “5” almayacaq


Tədris ili üzrə şagirdin illik ballarının “2”, “3”, “4”, “5” qiymətlərinə uyğunluğu qaydası müəyyənləşib.

 

Primetime.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Kollegiyasının “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası”nın təsdiq edilməsi barədə qərarında bildirilib.

 

Qeyd edilib ki, 30-dək (30 daxil olmaqla) olan ballar “2” qiyməti ilə; 30-dan 60-dək (60 daxil olmaqla) olan ballar “3” qiyməti ilə; 60-dan 80-dək (80 daxil olmaqla) olan ballar “4” qiyməti ilə; 80-dən 100-dək (100 daxil olmaqla) olan ballar “5” qiyməti ilə müəyyənləşdirilir.

 

Qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR