Burada sizin reklamınız ola bilər

Tasmaniya canavarının görüntüləri 85 il sonra ortaya çıxdı
22 May 2020 , 13:42

Tasmaniya canavarının görüntüləri 85 il sonra ortaya çıxdı


Nəsli tükənən Tasmaniya canavarının qeyd edilən son görüntüləri 85 il sonra ortaya çıxıb. 

 

Primetime.az xəbər verir ki, görüntülər Avstraliya Film və Səs Arxivi tərəfindən kəşf edilib. 1935-ci il istehsalı olan "Möcüzələr diyarı: Tasmaniya" adlı sənədli filmdə yer alan və adı Benjamin" olan heyvan hazırda bağlı olan Hobartdakı "Beaumaris" heyvanxanasında olub. 18 ay sonra 7 sentyabr 1936-cı ildə bilinən son Tasmaniya canavarı ölüb. 

 

Sözügedən görüntüləri səsləndirən şəxs isə "Benjamin" haqqında "iblis kimi sərt" ifadəsini işlədib. Sənədli filmin səyahətçi Sidney Kuk tərəfindən çəkildiyi ehtimal edilir. 

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR