Burada sizin reklamınız ola bilər

Beyləqanda qəza:
22 May 2020 , 14:09

Beyləqanda qəza: 1 ölü, 2 yaralı


Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib.

 

Primetime.az DİN-in saytına istinadən xəbər verir ki, Mayın 21-də saat 12 radələrində Beyləqan rayonunun Mil qəsəbəsi ərazisində Füzuli rayon sakinləri Fəxrəddin Əsədovun idarə etdiyi “VAZ-2106” və E.Əlizadənin idarə etdiyi “VAZ-21154” markalı avtomobillər toqquşub. Nəticədə F.Əsədov, sərnişini olan qızı və E.Əlizadənin sərnişini xəstəxanaya yerləşdirilib, F.Əsədov orada ölüb.

 

Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR