Burada sizin reklamınız ola bilər

Avtomobil nəhəngi irqçilikdə ittiham edildi
22 May 2020 , 14:16

Avtomobil nəhəngi irqçilikdə ittiham edildi - VİDEO


Alman avtomobil istehsalçısı olan "Volkswagen" sosial şəbəkədəki bir reklam səbəbi ilə irqçilikdə ittiham olunub.

 

Primetime.az xəbər verir ki, 10 saniyəlik reklamda qaradərili bir şəxsi göstərən və "O" işarəsi tutan əl sözügedən şəxsi avtomobilin ön hissəsindən götürür və "Petit Colon" yazılan yerə qoyur. "Der Neue Golf" (Yeni Golf) yazısı çıxana qədər isə "NEGER" (Zənci) hərfləri bir anlıq ekranda görünür. 

 

"Volkswagen"in yeni nəsil "Golf" modeli üçün yayımladığı reklamın irqçilik səbəbi ilə tənqid və təhqirlərin hədəfi olması səbəbi ilə şirkətin idarə heyəti üzvü Cürgen Stekman rəsmi olaraq üzr istəyib və "müdafiə ediləcək bir şey yoxdur. Video çox yanlış və dözülməzdir. Utanırıq və bununla bağlı bir açıqlama verə bilmirik. Sadəcə bunun necə olduğunu araşdırmaq üçün daha çox işləyəcəyimizi söyləyə bilərəm" - deyə qeyd edib.

 

Məlumat üçün bildirək ki, "Petit Colon" o dövrün köləlik ticarətini xatırladan müstəmləkə təşkilatları arasında yer alır. "O" işarəsi də ABŞ irqçilərinin istifadə etdiyi simvoldur. Amerikanın "White Power" adlı sağçı təşkilatı üzvləri biri-birinə bu işarə ilə salam verir.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR