Rusiyada son 24 saatda 150 nəfər yei tip koronavirus səbəbi ilə həyatını itirib.
Primetime.az xəbər verir ki, beləliklə Kovid-19 nəticəsində ölənlərin sayı 3.249-a, virusa yoluxanların sayı isə 326.448-ə yüksəlib. Virusa yoluxanlardan 99.825 nəfər sağalaraq evə buraxılıb, 2.300 nəfərin vəziyyəti ağırdır.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxma sayına görə, ABŞ-dan sonra 2-ci sırada qərarlaşıb.