Burada sizin reklamınız ola bilər

Dörd ayda əhalinin gəlirləri 17,1 milyard manat olub
22 May 2020 , 16:17

Dörd ayda əhalinin gəlirləri 17,1 milyard manat olub


Aprel ayında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni ayı ilə müqayisədə 14,4 faiz, cari ilin mart ayına nisbətən isə 24,6 faiz azalıb.

 

Dövlət Statistika Komitəsindən Primetime.az-a bildirilib ki, nəticədə yanvar-aprel ayları üzrə gəlirlərin əvvəlki ilin eyni dövrünə nisbətən artımı yanvar-mart aylarındakı 6,8 faizə qarşı 1,3 faizə enib. Cari ilin yanvar-aprel aylarında əhalinin gəlirləri 17 milyard 145,7 milyon manat və ya hər nəfərə orta hesabla 1722 manat təşkil edib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 15 milyard 417,2 milyon manatlıq vəsait qalıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR