Burada sizin reklamınız ola bilər

Elm adamlarından xəbərdarlıq: Dünyanın maqnit sahəsi zəifləyir
22 May 2020 , 16:32

Elm adamlarından xəbərdarlıq: Dünyanın maqnit sahəsi zəifləyir


Elm adamları Dünyanın maqnit sahəsinin zəiflədiyini kəşf etdiklərini açılayıb.

 

Primetime.az xəbər verir ki, Avropa Kosmos Agentliyindəki elm adamları Dünyanı kosmik radiasiya və Günəşdən gələn hissəciklərdən qoruduğu üçün böyük önəm daşıyan maqnit sahəsinin sürətlə zəiflədiyini qeyd edib. 

 

"Yahoo" və "Daily Mail"də yer alan xəbərə görə, cənubi Atlantik Anomaliyası olaraq adlandırılan Afrika və Cənubi Afrika arasında maqnit sıxlığının azaldığı geniş bir bölgə müəyyən edilib və sadəcə 5 il içində ikinci bir zəif bölgə yaranıb. Mütəxəssislər bunun hansı səbəbdən dolayı baş verdiyini tam açıqlaya bilməsə də, zəifliyin maqnit qütblərinin yer dəyişdirəcəyinin işarəsi ola biləcəyi ifadə edilib. 

 

Dünyada maqnit qütb dəyişməsinin bir neçə yüz il boyunc yavaş yavaş baş verəcəyini bildirən elm adamları bunun baş verəcəyi təqdirdə müəyyən müddətlik Dünyada bir neçə nöqtədə birdən çox sayda şimal və cənub maqnit qütbləri olacağını qeyd edib. Bildirilib ki, bu kimi hadisə 250 min ildə bir baş verir.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR