Burada sizin reklamınız ola bilər

12 yaşlı oğlanın ölümü ilə bağlı araşdırma aparılır
22 May 2020 , 17:00

12 yaşlı oğlanın ölümü ilə bağlı araşdırma aparılır


Oğuz rayonunda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir.

 

Primetime.az xəbər verir ki, bu barədə komitə məlumat yayıb.

 

Dövlət Komitəsi Oğuzda itkin düşən 12 yaşlı uşağın vəfatından təəssüfləndiyini qeyd edib:

 

"Hadisə ilə əlaqədar qeyd edirik ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Oğuz rayon İcra Hakimiyyəti yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya” ilə əlaqə saxlamışdır. Komissiyadan məsələ ilə bağlı istintaq getdiyi barədə məlumat verilmişdir. Məsələ hazırda Komitənin nəzarətindədir və səlahiyyətləri daxilində faktın araşdırılması istiqamətində iş aparılır. Bir daha valideynləri və cəmiyyəti uşaqlara qarşı diqqətli və məsuliyyətli olmağa çağırırıq".

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR