Birləşmiş Krallıqda koronavirus səbəbi ilə son 24 saatda 351 nəfər həyatını itirib.
Primetime.az xəbər verir ki, bu barədə Səhiyyə nazirliyi məlumat yayıb. Məlumatda Kovid-19 nəticəsində ölənlərin sayının 36.393-ə, virusa yoluxanların sayının isə 254.195-ə yüksəldiyi bildirilib.
Qeyd edilib ki, 1559 nəfərin vəziyyəti ağırdır.