Bakıda avtobus tüstülənib.
Primetime.az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında Nərimanov heykəlinin yanında baş verib.
Belə ki, 31 nömrəli avtobus tüstülənməyə başlayıb. Şahidlərin sözlərinə görə, tüstüləndikdən sonra avtobus alışıb. Nəticədə sərnişinlər endirilib.