Burada sizin reklamınız ola bilər

Kamil Zeynallı azadlığa çıxdı
22 May 2020 , 19:46

Kamil Zeynallı azadlığa çıxdı - VİDEO


Karantin qaydalarını pozduğu üçün həbs edilən idmançı Kamil Zeynallı azadlığa çıxıb. 

 

Primetime.az xəbər verir ki, K.Zeynallı 10 sutka inzibati həbs cəzasını başa vurduğu üçün sərbəst buraxılıb. Bu barədə onun dostları İnstaqramda məlumat veriblər.

 

O, mayın 12-də Nərimanov rayonu ərazisində karantin rejiminin qaydalarını pozduğu üçün saxlanılıb və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutka müddətinə inzibati həbs edilib.

 

K.Zeynallı bu müddət ərzində Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılıb.



Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR