Almaniyada karantin qaydalarının yumşalması müddətində ilk cümə namazı qılınıb.
Primetime.az xəbər verir ki, 9 maydan etibarən məscidlərdə sübh, günorta və ikindi namazlarının sosial məsafə qaydalarına riayət edilərək qılınmasına başlanılmışdı. Bu gün isə ilk dəfə cümə namazına da icazə verildi. Beləliklə, qaydalara riayət edilməsi şərtilə bütün vaxtların namazlarını məscidlərdə qılmaq mümkün olacaq.
Qeyd edək ki, toplu namazların qılınması 2.5 ay əvvəl qadağan edilmişdi.