Burada sizin reklamınız ola bilər

“Açıq qapı” günləri təşkil olunacaq
22 May 2020 , 23:46

“Açıq qapı” günləri təşkil olunacaq


Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri, muzeylər, tarix-mədəniyyət qoruqlarında “açıq qapı” günləri təşkil olunacaq.

 

Nazirlikdən Primetime.az-a verilən məlumata görə, 28 May - Respublika Günü və Ramazan bayramı münasibəti ilə yaranmış qeyri-iş günlərində vətəndaşların asudə vaxtlarının səmərəli təşkil olunması və Azərbaycan xalqının zəngin mədəni irsi və qədim tarixi ilə yaxından tanış olmaq məqsədi ilə 25-28 may tarixlərində adıçəkilən müəssisələrə giriş sərbəst olacaq.

 

Müəssisələrin fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçiriləcək.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR