Burada sizin reklamınız ola bilər

Mingəçevirdə civə satan şəxs saxlanıldı
23 May 2020 , 10:14

Mingəçevirdə civə satan şəxs saxlanıldı


Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində şəhər ərazisində civə satışı ilə məşğul olan şəxs saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Primetime.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini, 60 yaşlı Nizami Sadıqov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

 

Şəxsi axtarış zamanı ondan 2 ədəd şüşə ampulada zəhərli maddə hesab edilən civə aşkar edilərək götürülüb. Saxlanılan şəxs əməlini etiraf edərək civəni satmaq məqsədi ilə üzərində gəzdirdiyini bildirib.

 

Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR