Burada sizin reklamınız ola bilər

Pakistanda qəzaya uğrayan təyyarədə tanınmış model həlak olub
23 May 2020 , 11:44

Pakistanda qəzaya uğrayan təyyarədə tanınmış model həlak olub - FOTOLAR


Pakistanın Kəraçi hava limanı yaxınlığında qəzaya uğramış təyyarədə tanınmış model Zara Abid də olub.

 

Primetime.az xarici mediaya istinadən xəbər verir ki, əvvəlcə təyyarədə olan 107 nəfərin hamısının dünyasını dəyişdiyi bildirilsə də, daha sonra ölənlərin sayının 35 nəfər olduğu açıqlanıb. Zara da ölənlər arasındadır.

 

Xatırladaq ki, Lahor-Kəraçi reysini yerinə yetirən laynerdə 99 sərnişin, 8 heyət üzvü olub. A-320 təyyarəsi evlərin üstünə düşüb. Nəticədə 5-6 ev də dağılıb. Uçqun altından 20 nəfər xilas edilib. 

 

 

 

 

 

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR