Burada sizin reklamınız ola bilər

Abşeronda 56 min manatlıq oğurluq olub
23 May 2020 , 12:06

Abşeronda 56 min manatlıq oğurluq olub


Oğurluqda şübhəli bilinən Masazır sakini saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Primetime.az-a verilən məlumata görə, əməliyyatı Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşları birgə keçiriblər.

 

Əməliyyat-axtarış tədbirləri nəticəsində martın 21-dən mayın 21-dək olan müddətdə rayon ərazisindəki 2 evdən 1 000 manat dəyərində inşaat materialları və 55 000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini F.Tahirov saxlanılıb. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR