Burada sizin reklamınız ola bilər

Külək bəzi rayonlarda elektrik təsərrüfatına ziyan vurub
23 May 2020 , 12:39

Külək bəzi rayonlarda elektrik təsərrüfatına ziyan vurub - FOTO


Güclü külək bəzi rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub.

 

“Azərişıq” ASC-dən Primetime.az-a verilən məlumata görə, gecə saatlarında güclü külək Gəncə şəhəri, Şəmkir, Samux, Şəki, Qax, Balakən və Zaqatala rayonları ərazisində ciddi fəsadlar törədib, dam örtüklərini və irigövdəli ağacları elektrik xətlərinin üzərinə aşırıb, bəzi yaşayış massivlərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranıb.

 

“Azərişıq” ASC-nin qəza xidməti əməkdaşlarının gördüyü tədbirlər nəticəsində elektrik enerjisinin verilişi tam bərpa edilib. Mövcud hava durumu ilə əlaqədar ərazilərə əlavə mal - materal və texnika ayrılıb.

 

Qərb və Şimal-qərb regionlarında 23-25 may tarixlərində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejimini davam etdirir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR