Burada sizin reklamınız ola bilər

Azərbaycana Xəzərin dibi ilə fober-optik xətt çəkiləcək
23 May 2020 , 13:08

Azərbaycana Xəzərin dibi ilə fober-optik xətt çəkiləcək


Azərbaycanın “AzerTelecom” MMC rabitə operatoru ilə Türkmənistanın “Turkmentelecom” Dövlət Rabitə Şirkəti arasında videokonfrans formatında görüş keçirilib.

 

Primetime.az-ın məlumatına görə, görüşün əsas mövzusu Azərbaycan-Türkmənistan istiqamətində Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi və istifadəsi üzrə layihənin icrası olub.

 

Qeyd edilib ki, Böyük İpək Yolunun keçdiyi ərazini əhatə edən bu layihə Türkmənbaşı və Siyəzən şəhərlərini birləşdirəcək, eləcə də Asiya ilə Avropa arasındakı telekommunikasiya körpülərinin yaxşılaşdırılması sahəsində əməkdaşlığı gücləndirəcək.

 

Türkmənistan tərəfi layihənin reallaşdırılması ilə bağlı təkliflərini hazırlayıb və bu təkliflər iqtisadi, texniki və digər aspektlərin razılaşdırılması üçün təqdim olunub.

 

İclas zamanı xüsusi diqqət telekommunikasiya sahəsinə investisiyaların cəlb edilməsinə, eləcə də fiber-optik rabitə xətlərinin birgə tikintisi, istismarı, xidmət göstərilməsi və müdafiəsi şərtlərinin müzakirə olunmasına yönəldilib.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR