Burada sizin reklamınız ola bilər

“Alov qüllələri” yaxınlığında yanğın olub?
23 May 2020 , 13:20

“Alov qüllələri” yaxınlığında yanğın olub? - FHN-dən açıqlama


Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın” baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

 

Bu barədə Primetime.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

"Göstərilən ərazidə heç bir yanğın hadisəsi baş verməyib, yayılan video və şəkillər bir neçə il əvvəl baş vermiş hadisənin görüntüləridir. Bununla bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək hər hansı hadisə barədə daxil olan məlumatları yaymazdan əvvəl FHN-in Mətbuat xidməti ilə dəqiqləşdirməyə və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırırıq", - deyə məlumatda qeyd olunub.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR