Burada sizin reklamınız ola bilər

Bakı polisi və könüllülər vətəndaşlara tibbi maska payladı
23 May 2020 , 20:12

Bakı polisi və könüllülər vətəndaşlara tibbi maska payladı - FOTO


Əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı tədbirlər davam etdirilir.

 

Primetime.az xəbər verir ki, paytaxtda polis əməkdaşları könüllülərlə birlikdə insanların daha çox toplaşdığı ərazilərdə, metrostansiyaların qarşısında vətəndaşlarla maarifləndirici söhbətlər aparıb, sanitar rejimin tələblərini izah ediblər.

 

Belə ki, insanlarla təmas zamanı iki metrlik məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu onların diqqətinə çatdırılıb.

 

Həmçinin polis əməkdaşları və könüllülər tərəfindən maskadan istifadə etməyən vətəndaşlara tibbi maskalar paylanılıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR