Burada sizin reklamınız ola bilər

Qəbələdə aztəminatlı ailələrə bayram sovqatı çatdırıldı
23 May 2020 , 20:58

Qəbələdə aztəminatlı ailələrə bayram sovqatı çatdırıldı


Ramazan bayramı münasibətilə Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələrə bayram sovqatı çatdırılıb.

 

Primetime.az xəbər verir ki, Aksiya çərçivəsində, eyni zamanda, sakinlərlə maarifləndirici söhbətlər də aparılıb, onlara xüsusi karantin rejiminin qaydalarına riayət etmələri tövsiyə olunub. Yardım alan vətəndaşlar ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə və onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

 

Həmçinin koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə rayonda tibbi-profilaktik və sanitar-dezinfeksiya işləri də davam etdirilir.

 

Mayın 23-də Qəbələ şəhərində növbəti dezinfeksiyaedici tədbirlər həyata keçirilib.

 

Yaşayış məhəllələrinin əraziləri, çoxmənzilli binaların giriş blokları və pilləkənlər suya xüsusi dezinfeksiyaedici maddə qatılmaqla yuyulub, park və meydanlarda, satış mərkəzlərində, iaşə obyektlərində təmizlik və dezinfeksiya işləri aparılıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR