Burada sizin reklamınız ola bilər

Vatikanda muzeylər açılır
23 May 2020 , 21:09

Vatikanda muzeylər açılır


Vatikanda koronavirus pandemiyası ilə əlaqədar bağlanmış muzeylər iyunun 1-dən fəaliyyətini bərpa edəcək.

 

Primetime.az xəbər verir ki, bunu Müqəddəs Taxt-tacın mətbuat xidməti bildirib.

 

Bundan başqa, Roma papasının Kastel-Qandolfoda yerləşən yay iqamətgahı da turist səfərləri üçün açılacaq.

 

Səfərlər yalnız əvvəlcədən alınmış biletlərlə mümkün olacaq. Muzeylərdə zəruri təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır. Vatikan küçələri ilə ekoavtobuslarda səfərlərin bərpa olunduğu da deyilir.

 

Qeyd edək ki, Vatikanda muzeylər martın 9-dan etibarən bağlanmışdı.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR