Burada sizin reklamınız ola bilər

Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı açıqlandı
23 May 2020 , 21:32

Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı açıqlandı - STATİSTİKA


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 23-ə olan statistik göstəriciləri açıqlayıb.

 

Primetime.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 5 912 test edildiyi bildirilib.

 

Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 265 067 test aparılıb.

 

Qeyd edək ki, bu günə qədər Azərbaycanda 3 982 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Həmin şəxslərdən 2 506 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1 427 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR