Burada sizin reklamınız ola bilər

Millimizin futbolçusu buna görə cəzalandırıla bilər
24 May 2020 , 14:59

Millimizin futbolçusu buna görə cəzalandırıla bilər


Millimizin və Almaniyanın “Ersgebirge” klubunun yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın 2-ci Bundesliqasında COVİD-19 epidemiyası ilə əlaqədar müəyyənləşdirilmiş qaydalara zidd hərəkət edib.


Primetime.az  xəbər verir ki,  oyunçu 27-ci tur çərçivəsində keçirilmiş “Nürnberq”lə səfər oyununda qol vurduqdan sonra ehtiyat oyunçular skamyasına tərəf qaçaraq, klubun meneceri Tomas Romeykeni qucaqlayıb.

 

Bununla da o, qaydaları kobud şəkildə pozub.

 

Nazarovun gələn həftə cəzalandıracağı bildirilir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR