Burada sizin reklamınız ola bilər

Şahmatçımız rapid növü üzrə onlayn Avropa çempionatının qalibi oldu
25 May 2020 , 14:05

Şahmatçımız rapid növü üzrə onlayn Avropa çempionatının qalibi oldu


Şahmatın rapid növü üzrə onlayn Avropa çempionatının C qrupunda Azərbaycan təmsilçisi Elnur Mehtiyev uğurla çıxış edərək qalib adını qazanıb.

 

Primetime.az xəbər verir ki, C qrupunun finalında 8 turdan 7 xal toplayan E.Mehtiyev birinci yeri tutub. Onunla eyni xalı toplayan iki şahmatçı – polşalı Marek Pniaczek və rumıniyalı Sebastian-Ionut Pavel əlavə göstəricilərə görə sonrakı iki pillələrdə qərarlaşıblar.

 

Qeyd edək ki, bu qrupda Azərbaycanı 14 şahmatçı təmsil edib. Ümumilikdə isə Avropa ölkələrindən 800-dək şahmatçı C qrupunda (reytinqi 2000-ə qədər olan şahmatçılar) iştirak edib.

 

Xatırladaq ki, çempionatın A qrupunda mübarizə aparan şahmatçımız Gülsənəm Ağayeva qızların yarışında qızıl medala sahib olub. Ümumi nəticəyə görə isə ikinci olub.

 

Qitə çempionatının B qrupunda şahmatçılarımız mükafatçılar sırasına düşə bilməyiblər.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR