Burada sizin reklamınız ola bilər

Şamaxıdakı ölüm hadisəsi ilə bağlı cinayət işi başlanıldı
25 May 2020 , 20:42

Şamaxıdakı ölüm hadisəsi ilə bağlı cinayət işi başlanıldı


Şamaxı rayonunda tikinti işləri zamanı qaldırıcı kranın aşması nəticəsində baş verən bədbəxt hadisə ilə bağlı cinayət işi başlanılıb.

 

Primetime.az xəbər verir ki, məsələ barədə Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.

 

Qeyd edək ki, bu gün Şamaxı rayonunda iş şəraitində ehtiyatsızlıqdan hündürlükdən yıxılma nəticəsində iki nəfər xəsarət alıb. Onlardan birinin xəsarətləri ağır olduğundan Bakıya əməliyyata gətirilərkən yolda vəfat edib.

 

Digəri isə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub, vəziyyəti ağır qiymətləndirilir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR