Burada sizin reklamınız ola bilər

Tovuzda avtomobil aşdı, xəsarət alan var
25 May 2020 , 21:01

Tovuzda avtomobil aşdı, xəsarət alan var - FOTO


Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

 

Primetime.az "Report"a istinadən xəbər verir ki, rayon sakini Mirhüseyn Qasımovun idarə etdiyi "VAZ-21011" markalı avtomobil rayonun Aşağı Quşçu kənd ərazisində hərəkətdə olan zaman sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb. Avtomobilə isə ciddi zərər dəyib.

 

Faktla bağlı araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR