Burada sizin reklamınız ola bilər

Gəncədə avtomobil quyuya düşdü
25 May 2020 , 23:41

Gəncədə avtomobil quyuya düşdü - Ölən var/YENİLƏNDİ


Primetime.az APA-ya istinadən xəbər verir ki, Gəncədə “VAZ 2106 ” markalı avtomobilin quyuya düşməsi nəticəsində yaralanan şəxslərdən biri - 1985-ci il təvəllüdlü Rəcəbov Fuad Kamran oğlu xəstəxanada vəfat edib.

 

---

 

Gəncədə “VAZ 2106 ” markalı avtomobilin 9 metrlik quyuya düşməsi nəticəsində yaralanan şəxslərin kimliyi məlum olub.

 

Primetime.az APA-ya istinadən xəbər verir ki, onlar 1985-ci il təvəllüdlü Rəcəbov Fuad Kamran oğlu və 1990-cı il təvəllüdlü Məmmədov Elmir Etibar oğludur.

 

F.Rəcəbovun vəziyyətinin ağır olduğu bildirilib.

 

--- 22:21

 

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Primetime.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Atabəylər prospektində qeydə alınıb.

 

Hərəkətdə olan “VAZ 2106 ” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında qazılmış 9 metr dərinliyində olan quyuya düşüb.

 

Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, eləcə də həkim briqadası hadisə yerinə cəlb edilib.

 

Əlavə məlumat veriləcək.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR