Burada sizin reklamınız ola bilər

Xırdalan şəhər sakininə qarşı quldurluq edən iki qardaş saxlanıldı
26 May 2020 , 00:11

Xırdalan şəhər sakininə qarşı quldurluq edən iki qardaş saxlanıldı


Binəqədi RPİ 7-ci PB əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayından may ayının 21-dək olan müddətdə Xırdalan şəhər sakini H.Babayevə hədə-qorxu gələrək 2300 manatını almaqda və 270 manat tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Seydiyev və qardaşı H.Seydiyev saxlanılıblar.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Primetime.az-a verilən məlumata görə, M.Seydiyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 17-də rayon ərazisindəki marketlərin birindən 287 manat dəyərində qolbaq oğurlaması da müəyyən edilib.

 

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR