Burada sizin reklamınız ola bilər

Övladlığa verilən 414 uşaqla bağlı monitorinq aparıldı
26 May 2020 , 11:30

Övladlığa verilən 414 uşaqla bağlı monitorinq aparıldı


Övladlığa götürülən uşaqların ailələrdəki vəziyyətinin monitorinqi, həyat şəraitinə nəzarət xüsusi karantin dövründə də distant formada davam etdirilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Primetime.az-a verilən məlumata görə, ƏƏSMN-in DOST Agentliyi tərəfindən bu dövrdə 414 uşaqla bağlı distant monitorinq həyata keçirilib. 

 

Monitorinqlərin 260-ı telefon, 154-ü isə videozəng vasitəsilə təşkil edilib. Həmin uşaqların ailələrdəki vəziyyəti, əqli, fiziki, psixoloji inkişaf səviyyəsi öyrənilib.

 

Monitorinqi aparan əməkdaşlar üçün əvvəlcə beynəlxalq və yerli ekspertlərin iştirakı ilə onlayn təlimlər təşkil olunub. Onlar bu təlimlərdə monitorinqlər zamanı neqativ halların aşkar edilməsi, ailə ilə düzgün ünsiyyət və digər bacarıqların artırılması sahəsində zəruri bilik və bacarıqlara sahib olublar. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR