Burada sizin reklamınız ola bilər

Bərdədə istifadəyə yararsız ət aşkar edilib
26 May 2020 , 12:47

Bərdədə istifadəyə yararsız ət aşkar edilib


Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

 

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Primetime.az-a verilən məlumata görə, mayın 26-da RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Tərtər rayon sakini A.Əhmədov idarət etdiyi avtomobillə rayonun Divanlı kəndi ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun idarə etdiyi “Mersedes” markalı avtomobilin yük yerinə baxış keçirilən zaman oradan mənşəyi məlum olmayan 70 kq ət aşkar edilərək götürülüb.

 

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

 

Araşdırmalar aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR